RU

Şəkidə dağlıq ərazidə yanğın: 860 hektar ərazi…

  Şəkidə ötən gün dağlıq ərazidə başlayan yanğın söndürülüb.

Referans APA-ya istinadən xəbər verir ki, iyulun 30-u günorta saatlarından başlayaraq rayonun Cumakənd kəndinin inzibati ərazisinin dağlıq hissəsində kol-kos, quru ot və biçilmiş taxıl sahələrindəki yanğın bu gün günorta saatlarında tam söndürülüb.

Yanğın nəticəsində 800 hektar sahədə kol-kos, quru ot və xırda ağaclar, 60 hektar sahədə isə biçilmiş taxıl sahəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***

 
Şəkidə bir sıra çöllük ərazilərdə yanğın hadisəsi qeydə alınıb.

Referans APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarından rayonun Cumakənd kəndinin inzibati ərazisindəki dağlıq ərazidə, kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğın başlayıb.

Artıq 8 saatdır ki, ərazidə yanğın davam edir. Yanğının 100 hektardan çox ərazini əhatə etdiyi bildirilir.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 50-dən çox şəxsi heyəti cəlb edilib.  

Избранный
27
1
referans.az

10Источники