Bakı. Trend:
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriyaİnstitutunun həkim pediatrı Aytəkin Əliyeva Nazirliyin rəsmisəhifəsinə müsahibə verib.
Trendhəmin müsahibəni təqdim edir:
- Aytəkin xanım, ilk öncə ana südünün əsas faydaları haqqındaməlumat verərdiniz...
- Ana südü yenidoğulmuş körpələr üçün ən ideal qidadır vəonların sağlam inkişafı üçün əvəzolunmazdır. O, körpənin immunsistemini gücləndirərək, infeksiyalardan qoruyur. Ana südütərkibində olan anticisimlər sayəsində körpəni ishal, tənəffüs yoluinfeksiyaları və orta qulaq iltihabı kimi xəstəliklərdən müdafiəedir. Həmçinin, ana südü körpənin beyin inkişafına müsbət təsirgöstərir və intellektual qabiliyyətlərini artırır. O, asanlıqlahəzm olunur və körpənin mədə-bağırsaq sistemini yükləmir.
Ana südü, həmçinin ana ilə körpə arasında emosional bağınyaranmasına kömək edir. Südün tərkibi zamanla körpəninehtiyaclarına uyğun olaraq dəyişir. Uzun müddət ana südü verilənuşaqlarda piylənmə və şəkərli diabet kimi xəstəliklərin riskiazalır. Bu səbəbdən, ilk 6 ay yalnız ana südü ilə qidalanma tövsiyəolunur.
- Ana südündün tərkibində hansı vitaminlər var?
- Ana südü körpə üçün demək olar ki, bütün zəruri vitaminləriehtiva edir. Lakin onların miqdarı ananın qidalanmasından,laktasiyanın mərhələsindən və bəzi fizioloji xüsusiyyətlərdənasılıdır.
A vitamini (retinol) ana südündə körpənin gündəlik tələbatını tamqarşılayır. Xüsusilə kolostrumda A vitamini daha çoxdur vəgörmənin, immunitetin və hüceyrə böyüməsinin formalaşmasında mühümrol oynayır. D vitamini isə çox az miqdardadır. Buna görə də Dvitamini çatışmazlığının qarşısını almaq üçün əlavə profilaktikavacibdir. E vitamini (tokoferol) doğuşdan sonrakı ilk günlərdəyüksək miqdarda olur və antioksidant qorunma ilə yanaşı hüceyrəmembranlarının sabitliyini təmin edir. K vitamini isə çox azmiqdarda olduğu üçün yenidoğulmuşlara hemorragik xəstəliyinqarşısını almaq üçün K vitamini profilaktikası mütləqdir. Cvitamini körpənin gündəlik ehtiyacını qarşılayır. Onun miqdarıananın qidalanmasından asılıdır və immun sisteminin gücləndirilməsiilə yanaşı dəmirin mənimsənilməsində mühüm rol oynayır. B qrupuvitaminləri (B1, B2, B3, B5, B6, B7, B9) adətən ananın balanslıqidalanması ilə kifayət qədər olur və sinir sistemi ilə maddələrmübadiləsinin normal işləməsini təmin edir. Lakin B12 vitaminiyalnız ananın heyvani mənşəli qidalar qəbul etdiyi hallarda kifayətqədər olur, veqan qidalanmada analarda isə çatışmazlıq riskivar.
- Ana südü uşağın beyin inkişafına necə təsir edir?
- Ana südü uşağın beyninin inkişafında əvəzolunmaz rol oynayırvə onun tərkibi süni qidalarla tam əvəz edilə bilməz. Uzun zəncirliçox doymamış yağ turşuları beynin və tor qişanın əsas strukturkomponentidir. Neyron membranlarının, sinapsların vəmielinizasiyanın formalaşmasına kömək edir. Ana südündəki DHAsəviyyəsi əksər süni qarışıqlardan daha yüksəkdir. Xolin-yaddaş vəöyrənmə üçün vacib olan asetilxolinin sintezində iştirak edir.Beyin qabığının və hipokampın inkişafına dəstək olur. Laktoferrinvə oliqosaxaridlər bağırsaq mikrobiotasının formalaşmasına köməkedir, “bağırsaq–beyin” əlaqəsi vasitəsilə beyin inkişafınıdəstəkləyir, iltihabı azaldır və normal neyroinkişafa şəraityaradır. Taurin sinir sisteminin inkişafında mühüm rol oynayır,xüsusilə həyatın ilk aylarında uşağın öz taurin sintezi məhdudolduğu zaman. Hormonlar və böyümə faktorları inzulinəbənzər böyüməfaktoru (IGF-1) və digər bioaktiv maddələr sinir toxumasınıninkişafını stimullaşdırır. Vitamin və minerallar-B qrupuvitaminləri, xüsusilə B12 və fol turşusu mielin əmələ gəlməsində vəneyromediatorların sintezində vacibdir. Yod və sink neyronlarınyetkinləşməsini dəstəkləyir.
- Ana südü immun sistemini necə gücləndirir?
- Ana südü yalnız qida deyil, həm də körpənin immun sisteminininkişafına birbaşa təsir edən bioloji aktiv müdafiə kompleksi hesabolunur. Bu səbəbdən, ana südü ilə qidalanan körpələrdəinfeksiyalara yoluxma halları daha az olur və immun sistemi dahatez formalaşır. Ana südü antitellərlə zəngindir, xüsusiləkolostrumda, IgA immunqlobulini yüksək miqdarda olur. IgA selikliqişaları qoruyur, patogenlərin hüceyrə səthinə yapışmasınınqarşısını alır. IgG və IgM də əlavə qoruma təmin edir. Laktoferrinbakteriyaların çoxalmasını ləngidir, antiviral və antifungal təsirgöstərir, bağırsaq epitelini qoruyur və iltihabı azaldır.Oliqosaxaridlər-körpənin bağırsağında faydalı bakteriyaların(Bifidobacteria, Lactobacillus) inkişafını dəstəkləyir,bağırsaq–immun sistem əlaqəsini gücləndirir. Ana südündə hüceyrəmüdafiə faktorları-makrofaqlar, limfositlər vardır və onlarinfeksiyalara qarşı mübarizə aparır. Sitokinlər və böyüməfaktorları-immun sisteminin tənzimlənməsini dəstəkləyir, selikliqişaların bərpasını və müdafiə baryerini gücləndirir.Antioksidantlar və vitaminlər-C, E vitaminləri və digər bioaktivmaddələr immun hüceyrələrinin funksiyasını qoruyur.
- Doktor, ana südü neçə yaşa qədər verilməlidir?
- İlk 6 ay körpəyə yalnız ana südü verilməsi məsləhətdir. Budövrdə ana südü bütün qida və immunoloji ehtiyacları tamqarşılayır. 6 aydan sonra əlavə qidalar başlanılır, amma ana südüverilməsi davam etdirilir. Ana südü qidalanmada mühüm rol oynamaqdadavam edir və immun müdafiəni gücləndirir. Əgər ana və uşaqistəyirsə ÜST ana südünün 2 yaş və daha uzun müddət verilməsinidəstəkləyir. Uzunmüddətli südvermə uşağın immun sisteminə vəpsixoloji inkişafına fayda verir. Ana və uşaq üçün rahat olduğumüddətdə südverməni dayandırmaq üçün sərt yaş limiti yoxdur.
- Vaxtından əvvəl doğulan körpələrə ana südü necəverilməlidir?
- Vaxtından əvvəl doğulan körpələrdə ana südü ilə qidalanmaxüsusilə vacibdir, çünki onların mədə-bağırsaq sistemi və immunmüdafiəsi tam yetkinləşməmiş olur. Ana südünün əhəmiyyəti onunyüksək bioloji dəyərə malik olması, immunoloji qoruma, beyininkişafını təmin etməsi, nekrotik enterokolit riskininazaldılmasından ibarətdir.
Əgər körpə özbaşına əmib uda bilirsə, döşdən birbaşaqidalandırılır. Əgər uda bilmirsə, ana südü sağılaraq qaşıq, şpris,xüsusi stəkan və ya zond ilə verilir və tədricən döşə alışdırılır(kanguru üsulu, dəri-dəriyə təmas). Vaxtından əvvəl doğulankörpələr daha tez-tez, kiçik porsiyalarla qidalandırılır.
- Erkən süd kəsmə körpənin psixologiyasına necə təsir edir?
- Ana südündən vaxtından əvvəl ayırma körpənin psixolojiinkişafına bir sıra mənfi təsirlər göstərə bilər, çünki ana südüyalnız qida deyil, həm də emosional bağın formalaşmasında əsasvasitədir. Ana südü ilə qidalanma zamanı dəri-dəriyə təmas və göztəması emosional təhlükəsizlik hissi yaradır. Erkən kəsilmə bubağın inkişafını zəiflədə bilər və körpədə narahatlıq, gərginlik vədaha çox ağlama halları müşahidə oluna bilər. İlk aylarda südəmərkörpə ana ilə qidalanma zamanı özünü qorunmuş hiss edir. Erkənkəsildikdə bu emosional komfort mənbəyi azalır, nəticədə bəzikörpələrdə ayrılıq qorxusu və daha çox stress müşahidə oluna bilər.Ana südü ilə qidalanma yalnız fiziki deyil, həm də emosionalehtiyacların qarşılanmasıdır. Tədqiqatlar göstərir ki, uzun müddətana südü ilə qidalanan uşaqlar daha sabit emosional əlaqələr vəyüksək adaptasiya qabiliyyəti göstərirlər.
- Südvermə zamanı düzgün qidalanma necə olmalıdır?
- Südvermə dövründə ana üçün düzgün qidalanma həm öz sağlamlığı,həm də körpənin süd ilə aldığı qida maddələri baxımından çoxönəmlidir. Ana bol və balanslı qidalanmalıdır ki, həm enerjiehtiyacını qarşılasın, həm də keyfiyyətli süd istehsal etsin.Gündəlik rasionda zülallar (ət, balıq, yumurta, süd məhsulları),kompleks karbohidratlar (tam taxıllar, tərəvəzlər), sağlam yağlar(heyvan və bitki mənşəli) və bol meyvə-tərəvəz yer almalıdır. Anakifayət qədər maye qəbul etməlidir. Kofein və qazlı içkilərazaldılmalı, spirtli içkilər isə tamamilə qadağandır. Vitamin vəmineral çatışmazlığı varsa, həkim məsləhəti ilə əlavə preparatlarqəbul edilə bilər. Duzlu, yağlı və işlənmiş qidalardan uzaq durmaqsüdün keyfiyyətini qoruyur. Həmçinin, allergiya riski olan qidalarıqəbul edərkən körpədə reaksiya olub-olmadığı müşahidəedilməlidir.
Unutmaq olmaz ki, sağlam qidalanan ana həm özünü enerjili hissedər, həm də körpəsinin ehtiyaclarını daha yaxşı qarşılayar.