Hurriyyet.az xəbər verir ki, Rusiya nefti ilə dolu tankerlər Hindistan limanlarında qalıb. "Blumberq" agentliyinin məlumatına görə, azı dörd belə tanket Hndistanın qərb sahillərində gözləyir. Bu vəziyyət ABŞ ilə Avropa İttifaqının təzyiqləri fonunda yaranıb. Sanksiyalar altında olan "Axilles" və "Elita" gəmiləri Camnaqar yaxınlığında lövbər salıblar. Bir qədər uzaqda isə "Destan" və "Horae" gəmiləri dayanıblar.
"Röyter" agentliyi mənbələrə istinadla bildirib ki, Hindistaın dövlət neftayırma zavodları ABŞ Prezidenti Donald Trampın bəyanatından sonra Rusiya neftinin alınmasını dayandırıblar. Zavodlar Rusiya neftini Qərbi Afrika ilə Yaxın Şərqdən alınan xammal ilə əvəz ediblər. Hindistanın neftayırma sektorunun 60 faizi dövlət şirkətlərinin payına düşür.
Hürr Tərcüman