RU

Fransada əczaçılar tətil etməyə çağırılıblar

Paris, 1 avqust, AZƏRTAC

Fransada fəaliyyət göstərən “Əczaçılar” Həmkarlar İttifaqları Birliyi avqustun 16-sı üçün ümummilli tətilə çağırış edib. Bu addım hökumətin generik dərmanlara tətbiq olunan kommersiya endirimlərini 40 faizdən 20-25 faizə qədər azaltmaq qərarına qarşı atılıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın yaydığı bəyanatda bildirilib ki, bu qərar ölkədəki apteklərin təxminən üçdə birini ciddi maliyyə çətinlikləri ilə üz-üzə qoya bilər. “Endirimlərin azaldılması əczaçılar üçün böyük risklər yaradır. Bir çox sahibkarlar apteklərinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar keçirirlər”, - deyə bəyanatda vurğulanıb.

“Əczaçılar” Həmkarlar İttifaqları Birliyinin çağırışına bir sıra təşkilatlar da qoşulub.

Fransanın Baş naziri Fransua Bayru isə növbəti il səhiyyə xərclərinin təxminən 5 milyard avro azaldılacağını deyib. O, bu çərçivədə vətəndaşların dərman xərclərinin yüksələ biləcəyini diqqətə çatdırıb.

Избранный
31
1
azertag.az

2Источники