RU

"Qarabağda simvollar dəyişir, sərhədlər yenidən çəkilir" - Züriyyə Qarayeva

"TASS agentliyinin “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” başlıqlı məlumatı ətrafında yaranan ajiotaj sadəcə bir heykəlin yerdəyişməsi ilə bağlı deyil – bu, daha dərindən baxıldıqda, Qarabağda post-münaqişə dövrünün mədəni və simvolik sərhədlərinin yenidən çəkilməsi prosesidir."

Politoloq Züriyyə Qarayeva bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Ayvazovski, erməni tərəfinin uzun illərdir mənimsəməyə çalışdığı mədəni fiqurlardan biri olaraq, bu abidə vasitəsilə Xankəndidə tarixi varlıq iddiasının bir simvolu kimi təqdim olunmuşdu. Lakin abidənin sökülməsi yalnız fiziki bir dəyişiklik deyil – bu, həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün faktiki bərqərar olmasının göstəricilərindən biridir.

Abidənin sökülməsi fonunda Ermənistan cəmiyyətində yaranan narahatlıq, əslində, mədəni sahədə itirilən hegemonluğun və simvolik təsirin dərin psixoloji əks-sədasıdır. Ermənistan tərəfi bu cür abidələr vasitəsilə Xankəndidə və ümumilikdə Qarabağda “tarixi varlıq” imici yaratmağa çalışsa da, regionda Azərbaycan qanunvericiliyinin və inzibati nəzarətinin bərpası bu cəhdlərin sonunu gətirir.

Bu hadisə, eyni zamanda, Ermənistan ictimai rəyində və mətbuatında baş verən mədəni geriləmənin və siyasi reallıqlara uyğunlaşmaqda çətinlik çəkmələrinin də göstəricisidir. Mədəni simvollar üzərindən qurulan nostalji və identitet siyasətinin indi konkret hüquqi və inzibati qərarlarla qarşı-qarşıya gəlməsi, regionun gələcək etno-mədəni mənzərəsinin dəyişəcəyini göstərir. Ayvazovski abidəsinin sökülməsi sadəcə bir hadisə deyil, yeni dövrün sükutla yazılan siyasi və mədəni mesajıdır.

Избранный
16
news365.az

1Источники