RU

Tramp sanksiyaların təsirinə sübhə edir? | VİDEO

AzVision.az xəbər verir ki, Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərə belə deyib. Lakin, ABŞ prezidenti xüsusi elçisinin Rusiyada nə qədər olacağına aydınlıq gətriməyib.

“O, İsrailə, sonra isə istəyirsiniz inanın, istəyirsiniz inamayaın, Rusiyaya gedəcək”,- Ağ Evin rəhbəri deyib.

Jurnalistlərlə söhbəti zamanı Tramp Moskvanın on gün ərzində Ukrayna böhranının həllinə ciddi təsir göstərməyəcəyi təqdirdə ABŞ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bir daha diqqətə çatdırıb.

- Biz sanksiyalar tətbiq edəcəyik. Rusiya prezidenti Vladimir Putinin sanksiyalardan narahat olub-olmadığını bilmirəm. Bilirsiniz, onlar sanksiyalardan xəbərdardır. Mən sanksiyalar, tariflər və bütün bu kimi şeylər haqqında hamıdan yaxşı bilirəm. Bunun hər hansı bir effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik”,- Amerika lideri vurğulayıb.

Donald Tramp bir daha Rusiyanın Ukraynadakı hərəkətlərindən kədərləndiyini təkrarlayaraq, Moskvanın hərəkətlərinin çoxüzücü və iyrənc olduğunu düşündüyünü deyib.

Xatırladaq ki, iyulun 14-də Amerika lideri Moskvaya onun tələblərini yerinə yetirmək üçün 50 gün vaxt verdiyini açıqlamışdı. Lakin iyulun 29-da Rusiyanın hərəkətlərindən məyus olduğun deyən Donald Tramp bu müddəti 10 günə endirərək,Rusiya neftini alan ölkələri 100% ikinci dərəcəli rüsumlar tətbiq etməklə hədələyib.

Lakin Rusiya neftinin ən böyük alıcıları olan Çin, Hindistan və Braziliya Abş prezidentinin bu tələbinə tabe olacaqları hələ ki, şübhə doğurur.

Yeri gəlmişkən, bəzi mənbələrin məlumatına görə, Uitkoff Moskvaya səfəri çərçivəsində Vaşinqtonun Rusiya neftinin alıcılarına ikinci dərəcəli rüsumlar tətbiq etməməsi üçün Kremlinhansı güzəştlərə getməyə hazır olması barədə müzakirələr aparacaq.


Sahil İsgəndərov
AzVision.az

Избранный
85
2
azvision.az

10Источники