RU

“Qarabağ” “pley-off”a yüksəlsə… - Potensial rəqiblər kim ola bilər?

Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhəələsinin püşkatma mərasimi keçiriləcək.

Yenisabah.az azerisport.com-a istinadla xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək.

Qurban Qurbanovun komandası 3-cü təsnifat raundunda Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə qarşılaşacaq. İlk oyun avqustun 5-i Skopyedə, cavab matçı avqustun 12-si Bakıda keçiriləcək. Marqarita pizza

Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

-  “Bude-Qlimt” (Norveç)

-  “Seltik” (Şotlandiya)

və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka)

“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya)

“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.


Telegram kanalımız
Избранный
58
9
yenisabah.az

10Источники