RU

Alluşa görə “dənizçilər”ə nə qədər məbləğ ödənilib? – klubdan açıqlama

“Səbail”dən ayrılan Süleyman Alluş Mərakeşin “MAS Fes” klubuna keçib. Bəs “Səbail” bu futbolçunun gedişindən pul qazana bildimi? Axı Alluşun gələn yaya qədər müqaviləsi var idi.

“Football-plus.az” bu sualı klubun mətbuat katibi Rəşad Məmmədova ünvanlayıb. Məlum olub ki, müəyyən kompensasiya qarşılığında futbolçunun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib – eynən Rüfət Abdullazadə kimi. Kompensasiyanın məbləği isə deyilmir.

Qeyd edək ki, 23 yaşlı niderlandlı “Səbail”ə ötən mövsümün qışında gəlmişdi.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
26
1
football-plus.az

2Источники