RU

Messi yeni mövsümdə bu klubda oynayacaq

Lionel Messi "İnter Mayami" klubu ilə yeni müqavilə barədə razılığa gəlib. Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Xavi Kampos açıqlama verib. Bildirilib ki, Messinin yeni müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. Bildirilir ki, futbolçu karyerasını yekunlaşdırmayacaq. O, 2026-cı ildə keçiriləcək dünya çempionatında və 2028-ci ildə Amerika Kubokunda çıxış etmək istəyir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildə "İnter Mayami" klubuna transfer olub. Bundan əvvəl Messinin Səudiyyə Ərəbistanına transfer ola biləcəyi barədə iddialar dərc edilmişdi.

Избранный
8
1
metbuat.az

2Источники