Bakı. Trend:
ABŞ-də - Montananın Anakonda şəhərində dörd nəfərin həyatına sonqoyan faciə baş verib. Belə ki, yerli barın daimi müştərisi PolBraun gözlənilmədən müəssisədəkilərə atəş açıb. Hadisə nəticəsindədörd nəfər həlak olub.
Trend-inverdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb.
Barmen bildirib ki, Braun müntəzəm olaraq bara gəlsə də, digərdaimi müştərilər kimi kollektivin bir hissəsi olmayıb.
Bununla yanaşı, o vurğulayıb ki, şübhəli şəxslə digər müştərilərarasında münaqişə və ya fikir ayrılığı müşahidə edilməyib.
"O, sadəcə özündən çıxdı", - deyə bar sahibi Devid Qverder başverənləri şərh edib.
Braunun axtarışları davam etdirilir. Hadisənin başverməmotivləri araşdırılır.