RU

Biləsuvarda minik maşını piyadanı vuraraq öldürüb

Biləsuvar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən piyada olan qız uşağını vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
30
4
apa.az

10Источники