RU

Orban Ukraynada sülhün şərtini açıqladı

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ukraynada sülh yalnız o zaman mümkündür ki, həm ukraynalılar, həm də Qərb dövlətləri ölkənin NATO-ya üzv olması ideyasından əl çəksin.

Globalinfo.az xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban səsləndirib. Orban bildirib ki, münaqişənin həlli üçün Rusiya və ABŞ Prezidentləri – Vladimir Putin və Donald Tramp arasında beynəlxalq münasibətlərin əsas istiqamətləri üzrə hərtərəfli razılaşma əldə olunmalıdır.

“Sülh o zaman gələcək ki, amerikalılar, avropalılar və ukraynalılar rusların heç vaxt NATO-nun Rusiyanın qərb sərhəddində – Ukraynada yerləşməsinə icazə verməyəcəyini anlayacaqlar,” – deyə Orban vurğulayıb.

Macarıstan hökumət başçısı əlavə edib ki, Ukraynadakı münaqişənin əsas səbəbi ölkənin NATO-ya qoşulmaq istəyidir ki, bu da Qərbin dəstəyi ilə gerçəkləşdirilməyə çalışılır.

Xatırladaq ki, Viktor Orban daha əvvəl də Ukrayna və Avropa İttifaqının Rusiya ilə münaqişədə faktiki olaraq məğlub olduğunu bəyan etmişdi.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
82
globalinfo.az

1Источники