RU

Matviyenkonun oğlu Adriatik sahilində 10 milyon avroluq villada yaşayır...


Daha bir Rusiya məmuru barədə dünya mediasında yeni məlumat yayılıb. Sən demə, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun oğlu Adriatik sahilində villada yaşayır. İtaliyanın Linkiesta nəşri yazır ki, Sergey Matviyenko aktivlərini San Marinoya köçürüb.

İtaliya nəşri xatırladır ki, bir neçə il öncə öldürülən rusiyalı müxalifət lideri Aleksey Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) 2022-ci ildə Valentina Matviyenkonun ailəsinin İtaliyada villası olduğunu bildirib. FBK müstəntiqlərinin fikrincə, villa 650 metrlik sahil xətti olan 26 hektar torpaq sahəsində yerləşir. Ev 20 otaqlıdır, ümumi sahəsi 774 kv.

Bu villanın dəyəri təxminən 10 milyon avro qiymətləndirilib. “Linkiesta” nəşri yazır ki, Valentina Matviyenko villanı 2009-cu ildə alıb, sonra əmlak İtaliyada qeydiyyatdan keçmiş Dominanta fonduna verilib.

Mətləb Salahov

Избранный
21
baki-xeber.com

1Источники