RU

"Bloomberg": Hindistan Rusiya neftindən imtina etmir

​BAKI, 3 avqust. TELEQRAF

Hindistan hökuməti neft emalı zavodlarına Rusiyadan neft idxalını dayandırmaqla bağlı heç bir rəsmi göstəriş verməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, hazırda Rusiyadan neft idxalının dayandırılması ilə bağlı qərar qəbul olunmayıb. Dövlət və özəl emal müəssisələri xammalı istədikləri mənbədən almaqda sərbəstdirlər və bu, kommersiya qərarı kimi qiymətləndirilir.

Qeyd olunur ki, ötən həftə Hindistan hökuməti dövlətə məxsus neft şirkətlərindən Rusiyadan tədarükün kəsilməsi halında alternativ mənbələr və həcmlər barədə ehtiyat plan hazırlamalarını istəyib. Lakin bu, daha çox fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş ssenaridir və cari siyasətdə real dəyişiklik anlamına gəlmir.

Məlumata görə, Rusiyadan alınan neftin həcminin azaldılması və ya tamamilə dayandırılması Hindistanı daha baha başa gələn Fars körfəzi ölkələrindən idxala yönəldə bilər. Bu isə rəsmi Dehlinin arzulamadığı əlavə xərclərlə nəticələnəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hindistanı Rusiyadan enerji resursları aldığına görə sanksiyalarla hədələyib. O, avqustun 1-dən etibarən Hindistana qarşı 25%-lik gömrük rüsumları və əlavə cəza tədbirləri tətbiq olunacağını bəyan edib.

Избранный
16
1
teleqraf.com

2Источники