RU

Emrelinin komandası uduzdu


Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu Almaniya "Kayzerslautern"ində ilk rəsmi oyununa çıxıb.

Axar.az xəbər verir ki, 28 yaşlı hücumçu II Bundesliqanın I turunda səfərdə "Hannover"lə keçirilən matça əsas heyətdə başlayıb.

O, qarşılaşmanın 65-ci dəqiqəsində Riçmond Taçi ilə əvəzlənib.

"Haynts-fon-Hayden-Arena"da təşkil olunan görüşdə meydan sahibi komanda 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər təmsilçisi "Nürnberq"də keçirib.


Избранный
79
4
news24.az

5Источники