RU

"Qarabağ" İspaniyadan futbolçu aldı - Şəkillər

style='margin-bottom:10px;'>

"Qarabağ" növbəti transferini rəsmiləşdirib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Ağdam təmsilçisi ötən mövsümdə İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən Joni Montieli heyətinə qatıb. Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

Montiel karyerası ərzində 221 oyuna (o cümlədən La Liqada 8, 2-ci La Liqada çıxaraq 147 oyun) 21 qol vurub və 18 qolun ötürməsini edib.

Qeyd edək ki, "Qarabağ" bunadək Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaeeni ("Dinamo" Zaqreb - icarə) transfer edib.

Избранный
36
3
teleqraf.com

10Источники