RU

Günəşdə güclü partlayış BAŞ VERİB

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.  Partlayış 11 dəqiqə davam edib. Partlayış (M2.9) 4168 (N04E23) Günəş ləkələri qrupunda Bakı vaxtı ilə saat 17:57-də baş verib. Bu hadisələr müxtəlif günəş ləkələri qruplarında müşahidə olunub.  Günəş alovları rentgen şüalanma səviyyəsinə görə beş kateqoriyaya bölünür: A, B, C, M və X.

Minimum sinif A0.0 Yer orbitində hər kvadrat metrə 10 nanovat olan radiasiya gücünə uyğundur. Növbəti sinfə keçərkən güc 10 dəfə artır.

Избранный
108
18
Ajans.az

10Источники