RU

"Qarabağ" “Rayo Valyekano”nun futbolçusunu transfer etdi

"Qarabağ" yeni mövsüm üçün heyətinə daha bir futbolçu qatıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi “Rayo Valyekano”da çıxış edən Joni Montieli heyətinə qatıb. İspaniyalı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameyilli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə oynayacaq.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

Qeyd edək ki, Ağdam təmsilçisi bu vaxtadək dörd futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuakunu və Sami Mmaeni heyətinə qatıb.

Избранный
55
2
90deqiqe.az

10Источники