RU

Gədəbəydə avtomobil dərəyə aşdı – Ölənlərdən biri sürücünün həyat yoldaşıdır

Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Heftelk.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Qəzada 5 nəfər isə xəsarət alıb. TƏBİB-in yaydığı məlumatda qeyd edilib ki, bu gün saat 18:45 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Xəsarət alanlardan biri azyaşlıdır. Həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub.

İlkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

İxtisaslı tibbi xidmətin göstərilməsi üçün 3 nəfər Abbas Səhhət adına Gəncə Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

 

Избранный
37
5
heftelik.az

6Источники