RU

Gədəbəydə ağır yol qəzası baş verib

Gədəbəydə avtomobil qəzası baş verib.
ONN media-nın verdiyi məlumata görə, rayonun Şahdağ kəndində "Kia" markalı avtomobil dərəyə aşıb. Nəticədə Çiçəkli kənd sakinləri - 1991-cı il təvəllüdlü Azadə Məmmədova ilə 1973-cü il təvəllüdlü Asəf Tapdıqov dünyasını dəyişib. Avtomobilin sürücüsü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinləri - 2020-ci il təvəllüdlü Amil Məmmədov və 2021-ci il təvəllüdlü Renat Məmmədov xəsarət alıblar.
Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Избранный
26
onn.az

1Источники