RU

Tramp Kanada ilə ticarət sazişi imzalamağa hazırlaşır

BAKI, 4 avqust. TELEQRAF

ABŞ lideri Donald Tramp yaxın vaxtlarda Kanadanın Baş naziri Mark Karni ilə danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, onlar ticarət sazişini müzakirə edəcəklər.

Bu barədə Kanadanın xarici işlər naziri Dominik Leblan CBS telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, liderlər yaxın günlərdə görüşəcək. Nazir konkret tarix açıqlamayıb. O, Kanadanın Baş nazirinin Donald Trampla işgüzar əlaqələr qura bildiyini də vurğulayıb.

O deyib: "Danışıqlar informativ, konstruktiv və mehribanlıq xarakteri daşıyır. Mən Baş nazirin yaxın bir neçə gün ərzində Prezidentlə danışacağını gözləyirəm".

Избранный
45
teleqraf.com

1Источники