RU

Azərbaycan Media Agentliyi News24.az saytına xəbərdarlıq edib

Azərbaycan Media İnkişaf Agentliyi News24.az xəbər portalına peşə etikası və qanunvericiliyin tələblərini pozduğu üçün rəsmi xəbərdarlıq edib.

Agentliyin bəyanatında bildirilir ki, rusiyalı azərbaycanlı milyarder İlham Rəhimova məxsus sayt mütəmadi olaraq manipulyativ başlıqlarla auditoriyanı çaşdırır və xarici ölkələrdəki hadisələri Azərbaycan reallığı kimi təqdim edir.

Misal üçün, “Çörək bahalaşdı” başlıqlı xəbərdə qonşu ölkəyə aid vəziyyət Azərbaycan fotoları ilə təqdim olunub. Eyni hallar “Dollar kəskin bahalaşdı” başlıqlı yazıda da müşahidə olunub.

Agentlik saytı milli qanunvericiliyə və peşə etikası prinsiplərinə əməl etməyə çağırıb. Saytın baş redaktoru Rəhimovun həyat yoldaşı, müğənni Ruhi Əliyevadır.

N.Təbrizli

Избранный
17
50
anews.az

10Источники