RU

“Xəzər Lənkəran”da oynamış moldovandan MARAQLI AÇIQLAMA

"Kişinyovdakı görüşdə meydanda iki eyni səviyyədə komanda oynayırdı.

"Petrokub" üçün Bakıda 2 qol vurub bərabərliyi əldə etmək, 3 qol vuraraq isə mərhələ adlamaq çətin idi.

Hamı da yaxşı başa düşürdü. "Petrokub" "Sabah"la iki görüşdə də çox böyük səhvlər buraxdı.

Deyərdim ki, "Petrokub" son 2 mövsümdə “Sabah”la oyundakı qədər səhvlərə yol verməmişdi. Bakıdakı matçda Coy-Lens Mikelsin günü idi.

Yüngül demək lazımdırsa, sanki "Petrokub"un müdafiə xəttini ələ saldı. Belə anlarda baş məşqçilər korpusu gücsüz görünür.

Deyirlər ki, komanda qalib gəlir, amma baş məşqçi uduzur. "Petrokub"un hər bir futbolçusu "Sabah"la görüşləri düşünməli və analiz etməlidir. Ç

ünki bu iki görüşlərdə taktiki səhvlər, birəbirdə buraxılan səhvlər...Bu cür oynamağa imkan vermək olmaz”

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Moldova millisinin sabiq üzvü, “Xəzər Lənkəran”ın keçmiş futbolçusu Denis Kalinkov deyib.

39 yaşlı məşqçi “Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Petrokub”la(2:0, 4:1) görüşlərdə qazandığı qələbəni şərh edib.

O, bununla yanaşı “Sabah”ın avrokuboklarda irəliləmək perspektivini dəyərləndirib:

“Sabah”a uğurlar arzulayıram. Onlar həm Kişinyovda, həm də Bakıda layiqli qələbə qazandı. Bunu müzakirə etmək də lazım deyil, onlara afərin düşür.

"Levski" ilə görüşdə də "Sabah"a uğurlar arzulayıram. Bolqarıstan çempionatı inkişaf edir, layiqli liqadır.

Hər halda maksimum dərəcədə konsentrasiya olmaq lazımdır. "Sabah"a azarkeşlik edəcəm. Arzu edirəm ki, futbol şansı hər zaman sizinlə olsun”.

Избранный
19
sportinfo.az

1Источники