RU

Musa üçün təklif göndərəcək - Premyer Liqa mənsubu

“Milan”ın yarımmüdafiəçisi Yunus Musa Premyer Liqaya keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nottingem Forest” ABŞ-dan olan futbolçu ilə maraqlanır.

Yaxın vaxtlarda İngiltərə klubu futbolçunun transferi üçün “Milan”a təklif göndərəcək. İtaliya klubu isə Musanın satışından təxminən 30 milyon avro qazanacağını gözləyir.

22 yaşlı futbolçu son mövsümdə “Milan”ın heyətində 40 matçda iştirak edib və 3 məhsuldar ötürmə verib. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər hesablanıb.

Избранный
30
23
sportinfo.az

10Источники