RU

Tarixi ədalət bərpa olundu və bölgəmizdə yeni reallıqlar yarandı

ain.az bildirir, Ses qazeti portalına istinadən.

“Prezident İlham Əliyevin “Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında” Sərəncamı Vətən müharibəsi şəhidlərinə və erməni terrorunun qurbanı olan dinc insanların xatirəsinə olan böyük ehtiramın ifadəsidir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Gəncə Memorial Kompleksinin yaradılması 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədi daşıyır. 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə şanlı ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Bununla da tarixi ədalət bərpa olundu və bölgəmizdə yeni reallıqlar yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Bu müqəddəs mübarizədə üç mindən artıq şəhid verdik. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən işğalçı erməni ordusu döyüş bölgəsindən uzaq olan yaşayış məntəqələrini, mülki insanları hədəf alırdı.

Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsi dövründə Gəncə şəhəri də oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərin qadağan olunmuş kaset bombalarla hədəfə alınması nə beynəlxalq hüquqa, o cümlədən Ermənistanın 1993-cü ildə ratifikasiya etdiyi Cenevrə konvensiyalarına və onların əlavə protokollarına, nə müharibənin əxlaq kodeksinə, nə də ümumiyyətlə heç bir mənəvi müstəviyə uyğun deyildi. Bu əməllər Ermənistanın hərbi cinayətidir. Azərbaycan isə müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmır, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdı.

“Ermənistanın raket hücumları nəticəsində həlak olan Gəncənin dinc sakinlərinin xatirəsi erməni terroruna məruz qalan əraziləri ziyarətə gələn hər kəs tərəfindən ehtiramla anılır. Xatırladım ki, dövlətimizin başçısı tərəfindən Gəncə Memorial Kompleksinin təməli 2022-ci ilin yanvar ayında qoyulub. Gəncəni təmsil edən deputat olaraq deyə bilərəm ki, bütün gəncəlilər Memorial Kompleksinin ən yüksək səviyyədə yaradılacağına inanırlar. Bu kompleks təkcə gəncəlilərin deyil, hər bir azərbaycanlının ziyarət etdiyi məkanlardan biri olacaq”,-deyə Pərvin Kərimzadə vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
33
sesqazeti.az

1Источники