RU

Avstraliya Qəzzaya humanitar yardım üçün əlavə vəsait ayırıb

Avstraliya hökuməti Qəzzaya ərzaq, dərman və digər həyati yardımlar çatdıran təşkilatlara əlavə 12,9 milyon ABŞ dolları verəcək.

Bakıvaxtı.az "BBC"yə istnadən xəbər verir ki, yeni maliyyəyə BMT-nin Ümumdünya Ərzaq Proqramı üçün 3,8 milyon ABŞ dolları,UNICEF və Beynəlxalq Qızıl Xaç Komitəsi üçün hər birinə 3,2 milyon ABŞ dolları daxildir.

Yeni yardım paketi Avstraliyanın 2023-cü ilin oktyabr ayından Qəzzaya ümumi humanitar yardımı fonunda 84 milyon ABŞ dolları keçib.

Bildirilib ki, Avstraliya Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarlarına uyğun olaraq, İsrailin Qəzzaya yardımın tam və dərhal bərpasına icazə vermək üçün beynəlxalq çağırışa ardıcıl olaraq qoşulub. Maliyyələşdirmə on minlərlə avstraliyalının Sidney və Melburnda Qəzzada müharibəyə və aclığa son qoyulması çağırışı ilə Fələstin tərəfdarı etirazlara qoşulduqdan bir gün sonra elan edilib.

Gülşən Şərif

Избранный
10
bakivaxti.az

1Источники