RU

Azərbaycan banklarının tikinti sektoruna verdiyi biznes kredit portfeli 11,2% artıb

2025-ci ilin iyulun 1-nə Azərbaycan banklarının tikinti sektoruna verdiyi biznes kredit portfeli 1,543 milyard manat təşkil edib.

Finss.az Mərkəzi Banka istinadən xəbər verir ki, tikinti sahəsi üzrə kredit portfeli aylıq müqayisədə 57 milyon manat (3,8%) artaraq, illik müqayisədə isə 156 milyon manat (11,2%) yüksəlib.

2025-ci ilin iyun ayının 1-nə tikinti sahəsi üzrə biznes kredit portfeli 1,486 milyard manat, 2024-cü ilin iyulun 1-nə isə 1,387 milyard manat olub.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-nə Azərbaycanda bankların ümumi kredit portfeli 28,472 milyard manat təşkil edib. Bunun 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka kreditləri olub.

Fuad Mədətov
Finss.az

Избранный
14
3
fins.az

10Источники