RU

Digər klublardan aldığı təklifləri rədd etmək qərarına gəldi

PSJ-nin müdafiəçisi Markinyos Fransa klubundakı gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az “Ekip” nəşrinə istinadən ıxəbər verir ki, braziliyalı futbolçu müdafiəçi İlya Zabarnının ehtimal olunan transferinə baxmayaraq, Paris klubunda qalmaq qərarına gəlib.

Müdafiəçi digər klublardan gələn təklifləri rədd etmək qərarına gəlib və komandanın əsas heyətində yer almaq üçün potensial yeni oyunçu ilə yarışmağa hazırdır.

Markinyos 2013-cü ilin iyulundan PSJ-də çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2028-ci ilin ortalarında başa çatacaq.

Избранный
8
sportinfo.az

1Источники