RU

Azərbaycanda sənaye və istehsala yönəldilən kreditlər 1,6 milyard manata çatıb

2025-ci il iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-bank kredit təşkilatları tərəfindən sənaye və istehsal sektoruna yönəldilən kreditlərin həcmi 1 milyard 600 milyon manata çatıb.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 24,6 milyon manat və ya 1,5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 154,9 milyon manat və ya 10,3 faiz artım göstərib.

Hesabat dövründə ölkə üzrə real sektora kredit qoyuluşu 30,2 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 milyard manat və ya 12 faiz çoxdur.

Vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat səviyyəsində qeydə alınıb. Bu göstərici aylıq müqayisədə 19,1 milyon manat və ya 3,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 75,7 milyon manat və ya 16,8 faiz artıb.

Fuad Mədətov
Finss.az

Избранный
8
fins.az

1Источники