RU

Neft bazası yanarkən "TikTok"da video çəkdi: Baha başa gəldi

Ukraynanın Soçiyə hücumları zamanı yanan neft bazasının qarşısında “TikTok” videosu çəkən üç rusiyalı yeniyetmə saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə baş idarəsindən məlumat verilib.

"Soçi polis idarəsinin qrupları yanğın zamanı sosial şəbəkələrdə yayılan və ictimaiyyətin qəzəbinə səbəb olan videodan sonra hərəkətə keçib. Görüntülərdə olan 19, 20 və 21 yaşlı üç nəfər saxlanılıb", - açıqlamada qeyd olunub.

Bildirilib ki, gənclər barəsində “Fövqəladə və ya təhlükəli vəziyyətlərdə davranış kodeksini pozma” maddəsi ilə inzibati iş başladılıb.

Избранный
8
publika.az

1Источники