RU

Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq: Cinayət törədənlərin qohumları da...

Ağır cinayətlər törətməkdə təqsirli bilinən miqrantların qohumları Rusiyadan çıxarılmalıdır. Müvafiq qanun layihəsi artıq Dövlət Dumasına təqdim edilib.

Publika.az "360.ru"ya istinadən xəbər verir ki, bunu "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının sədri Sergey Mironov deyib.

Onun sözlərinə görə, sənəd ölkədə və ya xaricdə ağır cinayətlər törətmiş əcnəbilərin Rusiyaya girişinin qadağan olunacağını nəzərdə tutur.

"Bu, məhkumluğun götürülüb-götürülməməsindən asılı olmayaraq baş verəcək", - deyə Mironov əlavə edib. O deyib ki, bu təşəbbüs cinayətlərin sayının azaldılmasına kömək edəcək.

"Təəssüf ki, Mərkəzi Asiya ölkələrindən olan insanların kriminal keçmişi bizim hüquq-mühafizə orqanlarımız üçün ciddi şəkildə qorunan sirrdir. Miqrantların Rusiyaya gəlməmişdən əvvəl öz ölkələrində nə etdiklərini və ya nə işlə məşğul olduqlarını heç kim bilmir", - deyə deputat qeyd edib.

Избранный
25
2
publika.az

3Источники