BAKI, 4 avqust. TELEQRAF
BP şirkəti Braziliyanın cənub-şərqindəki Santos hövzəsində son 25 ilin ən böyük neft və qaz yatağı kəşf edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ki, Rio-de-Janeyrodan 400 km məsafədə yerləşən Bumeranq yatağı 300 kvadrat kilometrdən çox ərazini əhatə edir. Kəşf xəbəri fonunda BP-nin səhmləri London birjasında 1,5% bahalaşıb.
Şirkətdən bildirilib ki,bu, artıq 2025-ci ildə kəşf edilən 10-cu yataqdır.