Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, hərbi xidmətə çağırışdan möhlət hüququ olan və ya səhhətinə görə xidmətə yararsız hesab edilən bəzi şəxslərə sürücülük vəsiqəsi verilmədiyi iddia olunur.
Bu məsələ isə insanlar arasında geniş müzakirə və narahatlığa səbəb olub.
Sürücülük vəsiqəsi almaq üçün hərbi xidmətə getmək mütləqdir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, hərbi bilet sürücülük vəsiqəsi üçün qanuni sənəd siyahısında yer almır:
“Sürücülük vəsiqəsi üçün hərbi biletin tələb olunması qanunda yoxdur. Tələb olunan sənədlərin siyahısı qanunda dəqiq yazılıb.
Məhz sürücülük vəsiqəsi almaq üçün tələb olunan sənədlər, Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında” Qanuna və "Sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq tənzimlənir.
Beləliklə, sürücü olmaq istəyən şəxs aidiyyəti quruma bu sənədləri təqdim etməlidir: