Aparıcı Afaq Gəncəli mərhum oğlu ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, aparıcı instaqram hesabında oğlu Qədirxanın doğum günündə onun fotosunu paylaşıb.
“Mələyim, yaxşı ki, doğuldun, var oldun. Sənin gülüşün hələ də qulağımdadır. Sənin adın hər gecə dualarımdadır, Qədir balam. Uzaqda deyilsən, başqa bir yerdəsən. Qəlbimdə, ruhumda, nəfəsimdəsən. Ad günün mübarək, oğlum”, - paylaşımda yazıb.
Qeyd edək ki, Afaq Gəncəlinin oğlu Qədirxan xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, 2015-ci ildə, 12 yaşında dünyasını dəyişib.



