RU

Ürək problemlərinə işarə edən təhlükəli əlamətlər - Kardioloq açıqladı

Ürək-damar xəstəliklərinin əlamətlərindən biri də yuxusuzluq ola bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə rusiyalı kardioloq İvan Yefremkin danışıb. O, yuxusuzluğun həm bu patologiyaların səbəbi, həm də nəticəsi ola biləcəyini bildirib:

“Beyin tam istirahət edə bilməyəndə simpatik sinir sistemi daha da aktivləşir: arterial təzyiq yüksəlir, fiziki və psixoloji yüklənmələrə dözümlülük azalır, nevrozəbənzər hallar riski artır”, – deyə həkim izah edib.

Kardioloqun fikrincə, ürəklə bağlı problemlər zamanı həmçinin başgicəllənmə, halsızlıq, bayılma öncəsi vəziyyət, diqqətin yayılması, yaddaşın zəifləməsi kimi əlamətlər də müşahidə oluna bilər. Bu hallar beynə kifayət qədər qan getməməsi ilə əlaqəlidir.

“İştahanın azalması və ürəkbulanmanın səbəbi mədənin qanla təminatının pisləşməsi və qaraciyərin damarlarında qan durğunluğudur. Bu da insanın tez doymasına, qarında ağırlıq hissinə və yeməkdən imtina etməsinə gətirib çıxarır”, – deyə Yefremkin xəbərdarlıq edib.

Избранный
24
1
olke.az

2Источники