RU

Ukrayna Təhlükəsizlik Xidməti terror aktı cəhdinin qarşısını aldı

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) cəbhəyanı Dnepr şəhərində yerli sakinin planlaşdırdığı irimiqyaslı terror aktının qarşısını alıb.

Bu barədə KONKRET.az UTX-nin bəyanatına istinadən məlumat verir.

Məlumata görə, qadın Rusiya xüsusi xidmət orqanlarına işləyirmiş.

“Həyata keçirilən kompleks tədbirlər nəticəsində şəhərin mərkəzində hüquq-mühafizə orqanlarından birinin inzibati binasını partlatmağı planlaşdıran Rusiya agenti saxlanılıb”, – bəyanatda qeyd olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğunu müsadirə edərək zərərsizləşdirib, qadını isə şəhərdən qaçmağa cəhd edərkən saxlayıblar.

Избранный
45
7
konkret.az

8Источники