RU

“Slavyanka”nın suyu evdə rəngini dəyişib VƏTƏNDAŞ ŞİKAYƏTİ FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda yaşayan vətəndaş içməli su ilə bağlı ciddi problemlə qarşılaşıb. 

Avtosfer.az xəbər verir ki, “Slavyanka” brendinin suyunda qəribə dəyişiklik baş verib. Şikayətçinin sözlərinə görə, 2 gün ərzində suyun rəngində yaşıllaşma olduğunu görüb və bununla əlaqədar əlaqəli şirkətə də şikayət edib. 

O bildirib ki, suyu şirkətin rəsmi satış nöqtəsindən sifariş verib və istifadə müddətinə əməl olunub:

“Bu “Slavyanka” şirkətindən su sifariş verdim. 2 gündən sonra, su belə hala düşüb. “Slavyanka”nın qaynar xəttinə zəng vurdum, bildirdim ki, sizin suyunuz yaşıllaşıb. Mənə dedilər ki, su günəş altında qalıb, ona görə belə olub. Halbuki su evin içində olub. Özləri savadsızdır, camaatı da savadsız yerə qoyublar!”

Həmçinin digər vətəndaşlar da eyni halı yaşadıqlarını bildiriblər. Yaranan vəziyyət həm suyun saxlanma şəraitinin, həm də istehsal keyfiyyətinin yoxlanılmasını gündəmə gətirir.

Məsələ ilə bağlı kimyaçı Ramil Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, təbii halda təmiz su rəngsiz olur. 

“Suya rəng verən onun tərkibindəki müxtəlif qarışıqlardır. Bu ionlar, duzlar və digər kimyəvi maddələr ola bilər. Bəzi hallarda suya halogenlər, xüsusilə də yod kimi elementlər də rəng verə bilir.

Əgər su müəyyən müddət ərzində yaşıl və ya başqa rəngdə qalırsa, bu bir neçə amillə bağlı ola bilər.

Yosunların olması: Suyun içində yosun və ya yosun toxumları varsa, günəş şüaları ilə təmas nəticəsində bu yosunlar çoxalır və nəticədə suya yaşıl rəng verir.

Mineral tərkibli maddələr: Su bəzi hallarda mis və digər metal tərkibli minerallarla reaksiyaya girə bilər. Bu maddələr, xüsusilə də mis ionları, suya yaşıl rəng verir. Misin miqdarının normadan artıq olması isə sağlamlıq üçün təhlükə yaradır.

Kimyəvi maddələrin təsiri su mənbələri: Su təsadüfən kimyəvi maddələrlə qarışa bilər. Belə qarışıqlar da suyun rəngini dəyişə və yaşıl görünməsinə səbəb ola bilər”. 

Kimyaçı onu da qeyd edib ki, əgər suyun rəngi dəyişibsə və bu hal uzun müddət davam edirsə, həmin suyun tərkibi laboratoriyada analiz edilməlidir. 

“Analiz nəticəsində onun içərisindəki mineralların və kimyəvi maddələrin miqdarının yol verilən həddi aşmadığı müəyyənləşdirildikdən sonra istifadəyə icazə verilə bilər. Əks halda, belə suyun istifadəsi sağlamlıq üçün zərərlidir”.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
55
avtosfer.az

1Источники