RU

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial pley-off rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın qarşılaşa biləcəyi mümkün rəqib məlum olub.

90deqiqe.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Ağdam klubunun yolu müəyyənləşib.

Əgər Qurban Qurbanovun başçılıq etdiyi komanda III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" üzərində qələbə qazanarsa, pley-off raundunda Bolqarıstanın “Ludoqorets” və ya Macarıstanın “Ferentsvaroş” klublarından biri ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək. "Qarabağ" bu raundda ilk oyunu səfərdə keçirəcək.

Избранный
37
90deqiqe.az

1Источники