RU

Psixoloq: Zorakılıq qarşısında susmaq çarə deyil

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Pedofiliyaya narkomaniyadan, alkoqolizmdən  əziyyət çəkən insanlarda rast gəlmək olur.Bunu psixoloq Gövhər Məmmədova Demokrat.az-a açıqlamasında bildirib. O deyib ki, daha çox kişilərdə rast gəlindiyi görülsə də, pedofillər arasında qadınlar da var:" Əfsuslar olsun ki, pedofiliyanın müalicəsi haqqında irəliləyiş əldə olunmayıb. Yalnız bu şəxsləri cəmiyyətdən təcrid etmək mümkündür.  Bəs, uşaqlarımızı əlimizdən gəldiyi qədər necə qorumalıyıq? Onlara hər yaşda cinsi təlimlər keçmək, onların icazə vermədiyi halda heç kimin toxunmamalı olduğunu izah etmək, əks hallarda valideyni ilə rahatca danışa bilməyinə şərait yaratmalıyıq. Bu məsələdə tərbiyəçilərə, müəllimlərə, məktəb psixoloqlarına uşaqları maarifləndirməkdə yük düşür. Daha bir diqqət edilməli nüans valideynlərin məktəb və valideynlər ilə daima əlaqədə olmasıdır. Unutmamalıyıq ki, zorakılıq qarşısında susmaq çarə deyil, və bu zorakılığa məruz qalan şəxsin günahı deyil”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
1
demokrat.az

2Источники