RU

"Yüksəliş" gənclərin karyera inkişafında müstəsna rol oynayır...


Hər bir cəmiyyətin və dövlətin gənc nəslə qayğısı, onun inkişaf etdirilməsində maraqlı olması qaçılmazdır. Çünki istənilən cəmiyyət fərdlərdən ibarətdir və bu fərdlərin şəxsi keyfiyyət səviyyəsi birbaşa cəmiyyətin intellektual, mədəni və sosial səviyyəsini müəyyənləşdirir.

Başqa sözlə desək, cəmiyyətin intellektual səviyyəsi yüksək olan fərdlərinin xüsusi çəkisi nə qədər yüksəkdirsə, həmin cəmiyyət bir o qədər intellektual səviyyəli sayılır. Cəmiyyətin digər xüsusiyyətləri də analoji qaydada müəyyənləşdirilir. Cəmiyyətin gələcəyi isə gənslərdən, onların qabiliyyətindən, intellektual səviyyəsindən asılıdır. Ona görə də hər bir dövlətin strateji hədəflərindən biri yeni nəslin - gənclərin hərtərəfli inkişafına nail olmaqdan ibarətdir. Buna nail olmaq üçün ilk növbədə yeni nəslin içərisində olan istedadlar üzə çıxarılmalıdır.

Məsələm, alimlər Çin iqtisadiyyatının inkişafının sirlərini araşdırarkən dünyaya örnək ola bilən bir çox aspektlər müəyyənləşdiriblər. Həmin aspektlərdən biri ondan ibarətdir ki, Çin dövləti əhalusinin istedadlı zümrəsinə sahib çıxır, inkişaf etdirir və həmin istedadları dövlətin kapitalına çevirir. Hamıya bəllidir ki, dünya əhalisinin 5-7 faizi istedadlı doğulur. Minimum səviyyəni götursək, deməli Çin əhalusinin təxminən 141 milyon nəfəri istedadlı doğulub. Hökumət ilk təhsil illərindən həmin istedadli kəsimi öz himayəsinə götürur və onu ailəsi ilə birlikdə gərəkən bütün həyat vasitələri ilə təmin edir. Həmin şəxsləri yetişdirərək özünun intellektial kapitalına çevirir. Ona görə də Çin əhalusinin çoxluğu onun üstünlüýünə, dünya gücünə çevrilməsinə bir vəsilə olur. Məhz bu üsul nəticəsində inkişafının heç bir mərhələsində Çindən beyin axınına imkan verilməyib və nəticədə müasir dünyanin iqtisadi nəhəngi formalaşıb.

Bu baxımdan Azərbaycanda ənənəyə çevrilən "Yüksəliş" müsabiqəsi xüsusi əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, "Yüksəliş” müsabiqəsi idarəçiliklə məşğul olan 21 yaşından 51 yaşınadək Azərbaycan vətəndaşları arasında keçirilən, kreiativ gənclər arasında populyarlığı ilə seçilən bir müsabiqədir. Hər il ənənəvi olaraq keçirilən bu müsabiqənin əsas məqsədi yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan şəxsləri müəyyən etmək, onları inkişaf etdirmək, diqqət mərkəzinə çəkmək və yaradıcılığa ruhlandırmaqdır.

İdarəetmə sahəsində yaradıcılıq qabiliyyəti olan gənclərin "Yüksəliş" müsabiqəsinə qoşulmalarının ən vacib üstünlüklərindən biri təcrübə mübadiləsi, müxtəlif komandalarla işləmək, həmfikir insanlarla əlaqə yaratma və ölkə daxilində böyük təcrübəyə malik peşəkarlarla şəxsi əlaqələr qurmaq imkanlarının yaranmasıdır. Müsabiqəyə qatılan gənclərimizin özünü başqaları ilə müqayisə etməklə yanaşı, həm də idarəetmə bacarıqlarını gücləndirmək və məqsədə çatmaq üçün sərt, lakin ədalətli mübarizədə özünü sınamaq imkanı yaranır. Müsabiqənin qalibləri 1 il ərzində mentorlardan, iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq şansı əldə edirlər. Eyni zamanda, müsabiqə qaliblərinə 20.000 manat dəyərində pul mükafatı verilir. Müsabiqənin keçirildiyi 5 il ərzində 400-dən çox vətəndaş qalib olub və onların 65 faizi gənclərdir.

Maraqlıdır, bu müsabiqənin gənclərimizin inkişafında hansı rola malik olması barədə ziyalılarımız nə düşünür?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov məsələyə münasibət bildirərkən baki-xeber.com saytının müxbirinə deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi ilə Azərbaycanda artıq beş ildir təşkil edilən "Yüksəliş" müsabiqəsi qabiliyyətli idarəetmə kadrlarının üzə çıxarılması baxımından çox önəmli müsabiqələrdən biridir: "Müsabiqə dövlət qurumlarının yüksək çinli məmurlarının iştirakı ilə bir neçə mərhələdə həyata keçirilir. Bu gənc və qabiliyyətli kadrların potensialını asanlıqla ortaya qoymaq baxımından çox maraqlı və cəlbedici bir təşəbbüsdür.

Təəssüflər olsun ki, bizim gənclərin dövlət orqanlarında işə düzəlmək və karyera qurmaqla bağlı inamlarını vaxtilə Ramiz Mehdiyev və Əli Həsənov kimi iri məmurlar qırmışdılar. Dövlət qulluğu ilə bağlı imtahanların nəticələri və onlardan sonra keçirilən müsabiqələrdə kəsilən minlərlə gənc Azərbaycanı tərk etdi. Ölkədən "beyin axını" baş verdi. Amma indi bu "Yüksəkiş" müabiqəsi və eyni zamanda, dövlət qurumlarında vəzifəyə gətirilən yeni kadr korpusu bu boşluğu artıq huss edir və belə müsabiqələri daha obyektiv və intensiv keçirirlər ki, həmin o boşluq aradan qaldırılsın.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət qurumları o qədər də yüksək məbləğli məvacib verə bilməsələr də, Azərbaycan kimi iqtisadi durumunun keçid mərhələsini yaşayan ölkədə dövlət qurumlarında çalışmaq və gələcəkdə mərhələli şəkildə karyera yüksəlişınə nail olmaq gənclərimizin maraqları daxilindədir. Baxmayaraq ki, dünyanın inkişaf etmiş ölkələrində gənclər daha çox biznes və yeni start-up layihələrində özlərini təsdiqləmək istəyirlər. Amma bizdə dövləti "sağmal inək" sanan gənclər hələ də çoxluq təşkil edir. Onlar düşünürlar ki, Azərbaycanda dövlət orqanlarında işə qəbul olunmaqla gələcəklərini daha yaxşı təmin etmiş olacaqlar. Bilmirəm bu psixologiya nə qədər doğrudur və ya nə qədər yaxşı bir haldır. Amma hər halda, "Yüksəliş" müsabiqəsinin keçirilməsi və gənclərin burada karyera qurmaqla bağlı mərhələli müsabiqələrdə iştirak etmələri çox maraqlıdır. Amma düşünürəm ki, onu hər il eyni formada keçirmək yox, hər il formatını dəyişmək, təkmilləşdirmək və genişləndirmək daha yaxşı olardı.

Məsələn, bu müsabiqəni ilkin mərhələdə ölkənin inzibati rayonları üzrə keçirmək, finali isə respublika üzrə təşkil etmək daha səmərəli olardı. Bununla biz müxtəlif səviyyələrdə istedadlı gənclərdən ibarət kadr bankıni formalaşdıra bilərik".

Akif NƏSİRLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Избранный
16
baki-xeber.com

1Источники