Bakı. Trend:
Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçünKiyevdən Azərbaycana yola salınıb.
Trend xəbər verirki, Ukraynanın müxtəlif bölgələrindən 30 ukraynalı uşaq Moldovanınpaytaxtı Kişineuya göndərilib. Azərbaycanın Moldovadakısəfirliyinin əməkdaşları ukraynalı uşaqları qarşılayaraq onlarıBakıya yola salıblar.
Müxtəlif yaş qrupundan olan 30 ukraynalı uşaq reabilitasiya vəpsixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirakedəcək.
Qeyd edək ki, indiyədək 300-dən çox ukraynalı uşaq Azərbaycandareabilitasiya kursu keçib. Bu il ərzində yeni qrupların daAzərbaycana göndəriləcəyi planlaşdırılır.