RU

Bolqarıstanda naqil oğurluğu səbəbindən qatarların hərəkəti dayandırılıb

Bolqarıstanın Sofiya şəhərində qatarların hərəkəti qismən iflic olub.

“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Dəmir Yollarının (BDY) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, 300 metrə yaxın naqil oğurlanması dəmiryol infrastrukturunun zədələnməsinə yol açıb.

Hadisə nəticəsində yanğın baş verib və azı beş qatarın hərəkət cədvəli pozulub. İlkin məlumata görə, qəzanın nəticələrinin aradan qaldırılması günün sonuna qədər davam edəcək.

BDY-dən bildirilib ki, belə hərəkətlər təkcə infrastruktura deyil, həm də sərnişinlərin və işçilərin həyatına təhlükə yaradır.

Избранный
45
report.az

1Источники