Ajans.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin məlumatında deyilir. "Mən NATO üzrə bütün müttəfiq dövlətlərə yazaraq onları bu yükün bölüşdürülməsi təşəbbüsünə töhfə verməyə təkidlə çağırdım və yaxın vaxtlarda digər müttəfiqlərdən daha vacib bəyanatlar gözləyirəm", - Rütte bildirib.
Qeyd edək ki, daha əvvəl Niderland Ukraynaya "Patriot" zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim edəcəyini açıqlayıb.