RU

Novak Cokoviç “Sinsinnati Masters”də iştirak etməyəcək

24 qat “Böyük Dəbilqə” çempionu, sabiq dünya birincisi serbiyalı tennisçi Novak Cokoviç “Sinsinnati Masters” turnirində iştirak etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin təşkilatçıları məlumat yayıblar. Onun əsas təsnifatdakı yerini amerikalı tennisçi İtan Kuinn tutacaq.

Qeyd edək ki, Cokoviç növbəti dəfə korta 2025-ci il ABŞ Açıq turnirində çıxacaq. Xatırladaq ki, o, 2025-ci ilin iyulunda baş tutmuş “Uimbldon” turnirindən sonra heç bir yarışda iştirak etməyib.

Cari mövsümdə Cokoviç “Böyük Dəbilqə” turnirlərində üç dəfə yarımfinala qədər yüksəlsə də, hər üçündə məğlub olub. O, “Avstraliya Açıq”da almaniyalı Aleksandr Zverevi, “Rolan Qarros” və “Uimbldon”da isə dünya reytinqinin lideri, italiyalı Yannik Sinneri keçə bilməyib.

Избранный
26
90deqiqe.az

1Источники