Kanadanın Britaniya Kolumbiyası əyaləti üzərində uçan bir quşun atdığı balıq Ashcroft (Eşkroft) kəndində yanğına və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Sfera.az xəbər verir ki, quşun yerə atdığı ov elektrik xəttinə düşüb və qığılcım yaranmasına səbəb olub. Bu da öz növbəsində təxminən 400 kvadratmetr ərazini əhatə edən quru otda yanğına səbəb olub.
“British Columbia Hydro and Power Authority”nin fermer və işçilərinin köməyi ilə yanğınsöndürənlər yanğını lokallaşdırmağa və söndürməyə nail olublar.
1500-dən çox insanın yaşadığı Eşkroft kəndində elektrik enerjisi müvəqqəti olaraq kəsilib.
Yerli hakimiyyət orqanları şəhərin yanğınsöndürmə idarəsi ilə əməkdaşlıq edərək elektrik enerjisinin kəsilməsinə ildırım vurması, avadanlığın nasazlığı və ya ehtiyatsız turistin dirəyə çırpılmasının deyil, balığın olduğunu müəyyən edib.
Ən yaxın çay, yəni quşun ovunu tutduğu ehtimal olunan yer yanğın yerindən təxminən üç kilometr aralıdadır.
Rəsmilərin sözlərinə görə, quşun balığı niyə buraxdığı dəqiq aydın olmasa da, bir versiya var. Ehtimal ki, günün istisi ilə birlikdə balığın böyüklüyü kifayət qədər yorğun quşun onu atmasına səbəb olub
Digər, yumoristik versiya isə quş çiy balıq yox məhz qızardılmış balıq dadmaq qərarına gəlməsi olub.
Quşa gəlincə isə, yanğınsöndürənlər "baş şübhəlinin” insidentdə xəsarət almadığını və hələ də azadlıqda uçduğunu vurğulayıblar.
Aynil