RU

Bu direktor da səs yazısına görə işdən çıxarıldı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ötən günlərdə mətbuatda Ucar rayonu Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçasında baş verən neqativ halla bağlı səs yazısı yayılıb.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, araşdırma aparılıb və fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri səlahiyyətlərini müvəqqəti icra edən, həmçinin Ucar rayonu Yuxarı Şilyan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, həmin uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva Emin Orucov tərəfindən saxtakarlığa təhrik edildiyini, ondan məktəbəqədər təhsil müəssisəsinə gələn uşaqların sayını artıq yazmağı tələb etdiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
3
qafqazinfo.az

4Источники