RU

Rusiya sülhməramlılarının Qarabağda olduğu müddət ərzində qanunsuz işlər görməsinin şahidi olduq

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan dövləti Qarabağdakı bütün abidələrin, islam və xristian irsinin sahibidir və onların bərpası ilə də məşğul olur. Azərbaycanın Qarabağ ərazisindəki əksər abidələr alban və türk irsinə məxsusdur. Hətta həmin alban abidələrinin erməniləşdirilməsinə də çalışıldı. Ancaq bu da faydasız oldu. Qarabağdakı xristian abidələri elə alban abidələridir, bütün qədim kilsələr, monastırlar alban irsinə məxsusdur. Bu abiədlərin statusu, adı, ünvanı Azərbaycan dövləti tərəfindən də özlərinə qaytarılıb və onlar bizim tariximizin bir parçasıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, əslində Rusiya rəsmiləri məhz 30 il müddətində Qarabağda məhv olan Azərbaycan mədəniyyətinə və tarixinə görə narahat olmalı idi, çünki bu dövlət əvvəlki Qarabağ münaqişəsinin həllində vasitəçi tərəflərdən biri idi və Rusiya kimi digər vasitəçi ölkələr də bilirdi ki, Qarabağ Azərbaycanın işğal olunmuş torpaqlarıdır, oradakı bütün abidələr azərbaycanlıların tarixinin ayrılmaz hissəsidir.

Müşfiq Cəfərov

“İyulun 29-u Xankəndidə erməniəsilli rusiyalı rəssam İvan Ayvazovskinin abidəsi sökülüb. Əslində abidənin sökülməsi ilə bağlı qərar 2023-cü ildə verilib. Çox maraqlıdır ki, İvan Ayvazovskinin abidəsi 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılıb. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin Xankəndidəki büstünün sökülməsi ilə bağlı açıqlaması, həmçinin TASS informasiya agentliyinin Azərbaycanın Xankəndi şəhərini "Stepanakert" adlandırması birmənalı olaraq böyük səhvdir. Ən böyük səhv, o abidənin məhz 2021 ci ilin dekabrında Rusiya sülhməramlılarının bilavasitə elə Rusiya dövlətinin iştirakı ilə tikilməsidir”-deyən deputat vurğulayıb ki, bütün beynəlxalq sənədlərdə Xankəndi Azərbaycan torpağı olaraq tanınır, məhz rusiyalı sülhməramlıların Xankəndidə olması da elə Azərbaycan torpaqlarında sülhə vasitəçi olmaq idi.

“Biz Rusiya sülhməramlılarının Qarabağda olduğu müddətdə ancaq qanunsuz işlərlə məşğul olmasının şahidi olduq. Elə İvan Ayvazovskinin abidəsi də bunun əyani sübutudur. Əgər bu abidə Birinci Qarabağ müharibəsindən əvvəl tikilmiş olsaydı, bu gün digər bir dövlətin etirazına qismən əsas vermək olardı. Yenə də etiraz edən tərəfin Rusiya olması heç bir beynəlxalq hüquqa uyğun deyil”-deyə Müşfiq Cəfərov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
bizimyol.info

1Источники