RU

Yaponiyada kanalizasiya borularına baxış keçirən 4 nəfər ölüb

Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.

Yaponiyada kanalizasiya borularına baxış keçirən 4 nəfər ölüb. Polisin dediyinə görə, onların hamısı dərin lyuklara düşüb. Əvvəlcə bir işçi yıxılın, ardınca onu xilas etməyə çalışan üç nəfər düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Japan Today" məlumat yayıb.

Təxminən 60 santimetr enində və 12 metr dərinliyində olan lyuk 1981-ci ildə quraşdırılmış köhnə 2,6 metr diametrli kanalizasiya borusuna açılır. Qurbanların dördü də 50 yaşlarında kişilərdir.

Hadisə yerində rəngsiz, lakin güclü, zəhərli və potensial ölümcül qaz olan hidrogen sulfid aşkar edilib. Polis işçilərin ölümlərində bunun rolunun olub-olmadığını araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
1
operativmm.az

2Источники