RU

Bu ölkə Ukraynaya Amerika silahı verəcək

Niderland Ukraynaya 500 milyon avro dəyərində Amerika silahı verən ilk NATO ölkəsi olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans "X" platformasında paylaşım edib.
 

Nazir bildirib ki, Niderland Ukraynaya “Patriot” zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim ediləcək.


Qeyd edək ki, iyulun 11-də ABŞ Pezidenti Donald Tramp ABŞ-ın NATO üzrə müttəfiqlərinin Vaşinqtondan silah alacağını və sonradan Ukraynaya verə biləcəyini açıqlamışdı.

Bizim.Media

Избранный
64
4
bizim.media

10Источники