RU

“Qarabağ” yeni transferini nə vaxt oynadacaq?

“Qarabağ”ın yeni transferi Coni Montyel Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” ilə oyunlarında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı ispaniyalı vinger komanda ilə Şimali Makedoniyaya aparılmayıb.

Qaydalara əsasən, Azərbaycan çempionu yeni transferi III təsnifat mərhələsi üçün sifariş edə bilməz.

“Şkendiya” ilə “Qarabağ” arasında ilk qarşılaşma avqustun 5-də Skopyedəki Toşe Proeski adına Milli Arenada baş tutacaq.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab oyunu isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Избранный
90
49
sportinfo.az

10Источники